Avstraliyanın gecə səmasında nadir təbiət hadisəsi yaşanıb - Samanyolu bütün parlaqlığı ilə şəhər qüllələrinin üzərində görünərək həm sakinləri, həm də fotoqrafları heyran edib.

Avstraliyanın gecə səması nadir və valehedici bir mənzərə olub. Süd Yolu bütün əzəməti ilə şəhərin mərkəzindəki hündür qüllələrin üstündə görünüb. Astronomiya həvəskarları və fotoqraflar bu qeyri-adi anı çəkmək üçün müşahidə məntəqələrinə axışıblar. Aydın səma sayəsində Süd Yolunun milyonlarla ulduzu adi gözlə belə görünüb.
Mütəxəssislər qeyd edirlər ki, Süd Yolu Avstraliyanın bəzi yerlərindən işığın az olduğu dövrlərdə, xüsusən də ilin bu vaxtında daha aydın görünür. Yerli sakinlər bu mənzərəni "şəhərin mərkəzində səma ilə birləşən" kimi təsvir ediblər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
