Əsrlər boyu 13 ədədi dünyanın müxtəlif mədəniyyətlərində “bəxtsiz” sayılıb. Xüsusilə qərb cəmiyyətlərində 13-cü cümənin cümə gününə təsadüf etməsi qorxu filmlərindən tutmuş, gündəlik həyata qədər çoxsaylı inancların mövzusuna çevrilib. Bəs 13 ədədi ilə uğursuzluq arasında həqiqətən elmi və ya tarixi bir əlaqə varmı?

Bəxtsiz sayılan 13 ədədinin mənşəyi müxtəlif nəzəriyyələrə əsaslanır. Qədim Yunanıstanda 12 "mükəmməl rəqəm" hesab olunurdu və 13 bu birliyi pozan rəqəmdir. Xristianlıqda İsanın Son Şam yeməyində 13 nəfərin olması və xəyanətin bu süfrədən qaynaqlanması 13-ün mənfi məna daşımasını daha da artırıb.
Orta əsrlər Avropasında oxşar inanclar 13-ün bədbəxtliklə əlaqələndirilməsini gücləndirib. Bu rəqəm, xüsusən də "Cümə" ilə birləşdirildikdə, qorxu mərkəzinə çevrilib. Müasir dünyada 13 rəqəmi ilə bağlı tərəddüdlər davam edir. Bəzi otellərdə 13 nömrəli otaqlar olmasa da, göydələnlərdə 13-cü mərtəbə atlanır və 14 adlandırılır. Psixologiyada bu fenomen "triskaidekafobiya" və ya 13 ədədindən qorxma kimi təsvir edilir.
Buna baxmayaraq, 13 ədədi müxtəlif mədəniyyətlərdə müsbət mənalar da daşıya bilər. Məsələn, bəzi Asiya və Latın Amerikası cəmiyyətlərində 13-ün şans və firavanlıq gətirdiyinə inanılır. Elmi nöqteyi-nəzərdən 13 ədədinin bədbəxtlik gətirdiyinə dair heç bir sübut yoxdur. Mütəxəssislər bunun tamamilə mədəni və psixoloji əks olduğunu vurğulayırlar. İnsan beyninin mənfi təcrübələri daha asan xatırlaya bilməsi bu inamı gücləndirir.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
