Bu gün:

Sicim nəzəriyyəsi nədir?


Sicim nəzəriyyəsi elm aləmində uzun müddətdir müzakirə olunur və kainatın ən əsas quruluşunu izah etməyə çalışan ən iddialı modellərdən biri sayılır. Bu nəzəriyyəyə görə, kainatdakı hər şeyin əsasında çox kiçik və titrəyən tellər dayanır.

Klassik hissəciklər fizikası maddəni nöqtə hissəcikləri vasitəsilə izah edir. Bununla belə, sim nəzəriyyəsi bu hissəciklərin əslində son dərəcə kiçik, titrəyən sicimlər olduğunu irəli sürür. Bu tellərin fərqli titrəmələri təbiətdə müşahidə etdiyimiz elektronlar, kvarklar və fotonlar kimi hissəciklərin yaranmasına səbəb olur. Başqa sözlə desək, kainatdakı müxtəliflik sicimlərin vibrasiya rejimlərindən qaynaqlanır.


Sicim nəzəriyyəsi kvant mexanikası ilə ümumi nisbilik arasındakı uyğunsuzluğu həll etmək potensialına malikdir. Bu səbəbdən fiziklər onu “hər şeyin nəzəriyyəsi” olaraq da adlandırırlar. Əgər təsdiqlənsəydi, bu, kainatın işləməsinin indiyədək ən əhatəli izahı ola bilərdi.


Sicim nəzəriyyəsi kainatın sirlərini açmaq üçün bəşəriyyətin ən yaradıcı cəhdlərindən biri olaraq qalır. Bəlkə də gələcəkdə bu nəzəriyyə sayəsində kainatın təbiəti ilə bağlı indiyə qədər bilmədiyimiz həqiqətlərlə qarşılaşacağıq.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et