Bu gün:

“Qanlı ay tutulması”nın vaxtı dəqiqləşib


7 sentyabr axşamı göy üzündə nadir bir mənzərə müşahidə olunacaq. Bu il ikinci və sonuncu tam Ay tutulması baş verəcək və səma tamaşaçılara möhtəşəm vizual mənzərə bəxş edəcək. Xalq arasında “Qanlı Ay Tutulması” kimi tanınan bu astronomik hadisə 82 dəqiqə davam edəcək. Beləliklə, ilin ən uzun və ən təsirli səma hadisəsi üçün artıq geri sayım başlayıb.

Qanlı Ay Tutulması harada görünəcək?

2025-ci ilin ilk Qanlı Ay Tutulması mart ayında baş vermiş və əsasən ABŞ-dan izlənilib.İlin ikinci və son Qanlı Ay Tutulması isə sentyabr ayında müşahidə olunacaq. Bu dəfə tutulma Asiya, Yaxın Şərq, Afrika və Avstraliyadan aydın şəkildə görünəcək.

Hadisənin vaxtı:

Perth, Avstraliya – 8 sentyabr 2025, 01:30 – 02:52 (AWST)

Mumbay, Hindistan – 7 sentyabr 2025, 23:00 – 8 sentyabr 00:22 (IST)

Qahirə, Misir – 7 sentyabr 2025, 20:30 – 21:52 (EEST)

Keyptaun, Cənubi Afrika – 7 sentyabr 2025, 19:30 – 20:52 (SAST)

Digər ölkələrdə də uyğun vaxtlarda izləmək mümkün olacaq.

Beləliklə, 7 sentyabrda ilin ən möhtəşəm səma hadisələrindən biri olan "Qanlı ay tutulması" baş verəcək.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et