Bu gün:

Bakı Dövlət Universiteti 106 yaşını qeyd edir


Bakı, 1 sentyabr 2025 – Bu gün Azərbaycanın elm və təhsil tarixində mühüm yeri olan Bakı Dövlət Universitetinin (BDU) 106 illiyi qeyd olunur.

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis olunan BDU, bu illər ərzində yüz minlərlə mütəxəssis yetişdirərək ölkənin intellektual inkişafına mühüm töhfələr verib.
Hazırda universitetdə 25 mindən çox tələbə təhsil alır. 2025/2026-cı tədris ilində qəbul planının 98 faizdən çoxunun dolması gənclərin BDU-ya olan marağını göstərir. Bu ildən etibarən universitetdə “Birincilik” adlı yeni təqaüd də təsis edilib, yüksək nəticə göstərən tələbələr hər ay 200 manat məbləğində təqaüd qazanacaqlar.
106 illik yubiley BDU-nun milli təhsil sistemindəki gücünü və gələcək nəsillərə yönəlik missiyasını bir daha təsdiqləyir.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et