Bu gün:

Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az bildirir ki,  Avqustun 26-sı saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üçün mərkəzləşdirilmiş qaydada şagird qəbulu aparılan 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə başlanılıb. Bu mərhələ yalnız birinci turdan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.


Şagirdlər seçimlərini elektron yerdəyişmə portalında “İmtahanlar” bölməsinə daxil olaraq edə bilərlər. Hər bir şagirdə iki seçim imkanı təqdim olunur.

II mərhələdə iştirak hüququ aşağıdakı kateqoriyalara aid şagirdlərə şamil olunur:

  • imtahanda 10 və daha yuxarı bal toplayanlar;

  • I mərhələdə seçim etsə də qəbul olunmayanlar;

  • qəbul olunsa da nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini təqdim etməyənlər;

  • ümumiyyətlə I mərhələdə seçim etməyənlər.

Seçim prosesi avqustun 27-si saat 23:59-da başa çatacaq. Nazirlik qeyd edib ki, III mərhələ nəzərdə tutulmayıb.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et