AİUkraynada baş verən qarşıdurmaların sona çatdırılmasına yönəlik ABŞ ilə Rusiya arasında keçiriləcək istənilən danışıqlara Ukrayna və Aİ-nin də daxil edilməli olduğunu bildirib.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas dünən verdiyi açıqlamada, “Ukraynada baş verən qarşıdurmaların sona çatdırılmasına yönəlik ABŞ ilə Rusiya arasında keçiriləcək istənilən danışıqlara Ukrayna və Aİ daxil edilməlidir”- deyib.
Bu məsələnin Ukrayna və bütövlükdə Avropanın təhlükəsizliyini birbaşa maraqlandırdığını vurğulayan Kallas, bu gün mövzunu müzakirə etmək üçün Aİ xarici işlər nazirlərinin qatılacağı təcili toplantı keçiriləcəyini açıqlayıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
