Bu gün:

Böyük Britaniyada 3 uşaq qətldə şübhəli bilinib


Kent polisi Leysdown-on-Sea (Isle of Sheppey) ərazisində bir kişinin ölü tapılması ilə bağlı 16 yaşlı qız və 14, 15 yaşlı iki oğlanın qətldə şübhəli bilinərək həbs edildiyini açıqlayıb.

Polisin verdiyi məlumata görə, bazar günü saat 19:00 BST-dən az sonra Warden Bay Road ünvanında baş verən mübahisə və hücumla bağlı çağırış olub. Hadisə yerinə çatan əməkdaşlar ağır xəsarət almış kişini ölü vəziyyətdə aşkarlayıblar. Onun yaxınlarına məlumat verilib.

Şübhəlilər hazırda polis nəzarətindədir, istintaq davam edir. Kent polisi hadisə ilə bağlı şahidlərdən və məlumatı olan hər kəsdən əlaqə saxlamalarını xahiş edib.

Mənbə: BBC News

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et