Bazar gününə keçən gecə Rusiya aviasiyasının Ukrayna ərazisində endirdiyi zərbələr nəticəsində bir neçə nəfər həlak olub, Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın Saratov vilayətində sənaye obyektinə hücumu nəticəsində bir nəfər ölüb.

Sumi Hərbi Administrasiyasının binasına növbəti zərbə endirilib, onun rəhbəri Oleh Hryhorov Teleqramda yazıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Dnepropetrovskda Rusiya qüvvələrinin Sinelnıkovedəki qatar stansiyasına hücumundan sonra bazar günü bir neçə qatarın hərəkəti ləğv edilib.
Mənbə: Euronews
Tərcümə etdi: Ayşən Səlimova
