Bu gün:

Qəzza şəhərini “ələ keçirmə” planı müharibəni bitirmək və Həması məğlub etmək üçün ən yaxşı yoldur


İsrailin Baş naziri Benyamin Netanyahu deyir ki, hökumətinin Qəzza şəhərini ələ keçirmə planı müharibəni bitirmək və Həması məğlub etmək üçün “ən yaxşı yoldur”.

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı təcili iclası ABŞ və Panama istisna olmaqla bütün üzvlər tərəfindən çağırılıb.

İsrailin Qəzza planı girovların ailələri və Böyük Britaniya, Çin, Almaniya da daxil olmaqla bir sıra ölkələr tərəfindən kəskin tənqid olunub.

İsrail bu qınamaları qətiyyətlə rədd edir, Müdafiə naziri İsrail Katz isə bunun “qətiyyətimizi zəiflətməyəcəyini” bildirib.

Qəzzada isə Həmasın idarə etdiyi Səhiyyə Nazirliyi aclıqdan ölənlərin ümumi sayının 217-yə çatdığını, onların arasında 100 uşağın olduğunu açıqlayıb.


Mənbə: BBC

Tərcümə etdi: Asiman Vəliyeva


Paylaş
Şərh əlavə et