Bu gün:

Yaponiyada 30 mindən çox insan təxliyə xəbərdarlığı alıb


Yaponiyanın ən böyük adası olan Honşuda 30 mindən çox sakin güclü yağıntıların yarada biləcəyi torpaq sürüşməsi təhlükəsinə görə təxliyə xəbərdarlığı alıb. Bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.

Hakimiyyət, əsasən, dağlıq ərazilərdəki kiçik yaşayış məntəqələrinin sakinlərinə təxliyəni tövsiyə edib.

Güclü yağışlar Honşu adasındakı Hiroşima şəhəri ilə qonşu Kyuşu adasındakı Fukuoka şəhəri arasında yüksək sürətli qatarların hərəkətini dayandırıb.


Mənbə: TASS

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et