Bu gün:

Vance və Lammi Ukrayna danışıqlarına ev sahibliyi edəcək


ABŞ-nin vitse-prezidenti C.D. Vance və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukrayna müharibəsi ilə bağlı milli təhlükəsizlik müşavirlərinin görüşünə ev sahibliyi edirlər.

Bundan əvvəl Ukrayna prezidenti Zelenski cümə günü Alyaskada keçiriləcək Tramp–Putin görüşü ərəfəsində bildirib ki, Kiyevsiz sülh danışıqları heç bir nəticə verməyəcək.

Ukrayna lideri Trampın “sülh sazişinə nail olmaq üçün müəyyən ərazilərin dəyişdirilməsi olacaq” sözlərindən sonra bir daha vurğulayıb ki, Rusiyaya torpaq verməyəcək.

BBC-nin Ukraynadakı müxbiri Conatan Beal yazır ki, Ukraynanın istənilən qiymətə sülhü qəbul etməyə hazır olduğuna dair az sübut var.

Bu arada, şənbə günü həm Moskva, həm də Kiyev pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumat verib. Hazırda Rusiya Ukrayna ərazilərinin təxminən 20%-nə nəzarət edir.


Mənbə: BBC

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et