Bu gün:

Bursa da qırğına bənzər qəza


Bursada minik maşını ilə pikapın toqquşması nəticəsində ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb. Hadisə yerinə gələn xilasedicilər yaralıları İnegöl Dövlət Xəstəxanasına çatdırıb.

Qəza gecə saat 15:00 radələrində İnegöl-Yenişehir yolunun Hamzabey məhəlləsində baş verib.

İnegöldən Yenişehir istiqamətində hərəkətdə olan Sedat U.-nun (38) idarə etdiyi 54 ALK 799 dövlət nömrə nişanlı pikap qarşı istiqamətdə hərəkətdə olan Muhammet G.-nin (20) idarə etdiyi 54 ACM 208 dövlət nömrə nişanlı avtomobillə üzbəüz toqquşub.

Hadisə yerinə gələn xilasedicilər İnegöl Dövlət Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərib, qəza ilə bağlı araşdırma başlayıb.

Mənbə: A Haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et