Bu gün:

İsrail Baş Qərargah rəisi: "İşğal üçün daha 200 min əsgər lazımdır"


İsrail Baş Qərargah rəisi Eyal Zamir Təhlükəsizlik Kabinetinin təsdiq etdiyi Qəzzanın işğal planını həyata keçirmək üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib.

İsrail dövlət televiziyası KAN-in adının açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, Zamir “Qəzzanın işğal planını həm hərbi, həm də infrastruktur baxımından həyata keçirmək üçün bir çoxu ehtiyatda geniş xidmət göstərmiş təxminən 200 min ehtiyatda olan əsgərə ehtiyac olduğunu” bildirib.

Baş Qərargah rəisi onu da bildirib ki, planın həyata keçirilməsi “mülki əhali üçün xəstəxanaların yaradılmasını və ordunun hazırda paylaya bilmədiyi humanitar yardımın təmin edilməsini tələb edir”.

Global Firepower 2025 məlumatlarına görə, İsrailin 170 000 aktiv hərbi personalı var: 126 000 quru qoşunlarında, 9 500 donanmada və 34 000 hava qüvvələrində. O, həmçinin 465 min ehtiyatdadır.

Zamirin açıqlamaları 7 oktyabr 2023-cü ildən Qəzzada xəstəxanaları qəsdən dağıdan İsrail ordusunun ritorikası ilə hərəkətləri arasındakı ziddiyyəti üzə çıxarıb.

İclasda milli təhlükəsizlik naziri İtamar Ben-Qvir humanitar yardımın bölgəyə daxil olmasına və Qəzzada xəstəxana yaradılmasına qarşı çıxıb. Cavabında Zamir “Qəzza əsirlərinin qaytarılmasını müharibə məqsədlərindən uzaqlaşdırın” təklifini irəli sürüb.

İsrailin baş naziri Binyamin Netanyahunun iclasda təqdim etdiyi plana əsasən, Qəzza sakinləri zorla cənuba doğru köçürüləcək, şəhər mühasirəyə alınacaq, daha sonra isə sıx məskunlaşan yaşayış məntəqələrinə əlavə hücumlar təşkil ediləcək.

İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləyib.

İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə "Məqsədimiz bütün Qəzzanı nəzarətə götürməkdir" deyib.

Mənbə: CNN türk 

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et