Bu gün:

Fransa 75 ilin ən böyük yanğını ilə mübarizəni davam etdirir


Fransada son 75 ilin ən böyük meşə yanğını, Parisdən daha böyük ərazini külə çevirmiş alov nəzarət altına alınsa da, hakimiyyətin cümə günü səhər verdiyi məlumata görə, hələ bir neçə gün yanmağa davam edəcək.

Rəsmilərin cümə axşamı bildirdiyinə görə, Aude bölgəsində 2 000-dən çox yanğınsöndürən və 500 yanğınsöndürmə texnikası, həmçinin jandarm və ordu qüvvələri cəlb olunub.

Yanğın çərşənbə axşamı Fransanın cənubundakı Ribaute kəndi yaxınlığında başlayandan bəri bir qadın həlak olub, 11-i yanğınsöndürən olmaqla 13 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Aude prefekturasının baş katibi Lusi Roesch yerli mediaya açıqlamasında yanğının nəzarət altında olduğunu bildirib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et