İsrailin Baş naziri Benyamin Netanyahu-nun Qəzzada tam nəzarət planı ölkə daxilində və beynəlxalq aləmdə narazılıqla qarşılanır. Ordu rəhbərliyi, girov ailələri və bir sıra müttəfiqlər planı tənqid edir.

Təhlükəsizlik Kabineti Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib. Netanyahu planın məqsədini HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq və ərazini ərəb qüvvələrinə təhvil vermək kimi izah edir. O, İsrailin Qəzzanı idarə etmək niyyətində olmadığını bildirir.
Ordunun 75%-nə nəzarət edilən ərazidə əməliyyatların genişləndirilməsi gözlənilir. Hərbi rəhbərlik isə planın girovlar və əsgərlər üçün ciddi risklər yaratdığını vurğulayır.
Böyük Britaniya planı “böyük səhv” adlandırır. ABŞ isə qərarın İsrailə məxsus olduğunu bildirir. İsraildə aparılan sorğular cəmiyyətin əksəriyyətinin HƏMAS-la razılaşmanı və müharibənin bitməsini dəstəklədiyini göstərir.
Qəzzadakı səhiyyə qurumlarına görə, müharibə nəticəsində 61 minə yaxın fələstinli həlak olub. HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarında 1.200 israilli öldürülüb, 251 nəfər girov götürülüb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
