Bu gün:

Fransa 75 ilin ən böyük meşə yanğını ilə mübarizə aparır


Fransada son 75 ilin ən böyük meşə yanğını hələ də nəzarət altına alınmayıb, baxmayaraq ki, gecə saatlarında alovun intensivliyi azalıb. Yanğın Parisdən böyük bir ərazini külə döndərib.

Rəsmi məlumatlara görə, Aude bölgəsində yanğını söndürmək üçün 2000-dən çox yanğınsöndürən, 500 yanğınsöndürmə texnikası, jandarma və ordu qüvvələri cəlb olunub.

Yanğın çərşənbə axşamı Ribaute kəndi yaxınlığında başlayıb. Nəticədə 1 qadın ölüb, 11 yanğınsöndürən daxil olmaqla 13 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Aude prefekturası bildirib ki, 3 nəfər itkin düşüb, onlarla ev isə yanaraq məhv olub.

Əməliyyata rəhbərlik edən rəsmilərdən biri- Kristof Maqni alovun gün ərzində nəzarət altına alınacağına ümid etdiklərini deyib.

Görüntülərdə 16000 hektar ərazidə davam edən yanğınla mübarizə aparan yanğınsöndürənlər əks olunub. Rəsmilər bildiriblər ki, küləyin zəifləməsi və havanın soyuması yanğının gücünü azaldıb. Su atan təyyarələr də alovların söndürülməsinə yardım edib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et