Bu gün:

Qəzzada aclıqdan ölənlərin sayı artır


Son 24 saat ərzində Qəzza zolağında biri uşaq olmaqla daha 4 fələstinlinin aclıqdan öldüyü, bununla da ölənlərin sayının 197-yə çatdığı bildirilib.Qəzzada Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş X hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb.

Burş, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyünü qeyd edərək "Qəzzədə aclıqdan ölümlər davam edir",- deyib.

Burş bildirib ki, Qəzzada aclıqdan ölənlərin sayı 96-sı uşaq olmaqla 197 nəfərə çatıb.

Qəzzada aclıqdan ölənlərin olduğunu vurğulayan Burş, "Bu uşaqların hər biri hələ böyümədən öldürülən bir xəyaldır. Hər bir qurban dünyanın törətdiyi səssiz cinayətin şahididir" dedi.

Mənbə: CNN türk 

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et