Bu gün:

Tramp və Putin yaxın günlərdə görüşəcək


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə görüş keçirməyə razılaşıblar. Kremlin məlumatına görə, görüşün yeri müəyyən olunub, detalları isə yaxın vaxtda açıqlanacaq.

Tramp bildirib ki, Putin və Ukrayna Prezidenti Zelenski ilə birgə sammitin keçirilməsi üçün “yaxşı perspektiv” var. Zelenski də bu təşəbbüsü dəstəkləyərək, Avropanın da iştirakını vacib sayıb.

Görüş ABŞ-nin Rusiya üçün təyin etdiyi atəşkəs müddətinin bitməsinə az qalmış baş tuta bilər. Tramp Rusiya razılaşmasa, daha sərt sanksiyaların tətbiq olunacağını bəyan edib.

Bu arada ABŞ Ukraynaya 200 milyon dollarlıq əlavə hərbi yardım ayırıb. Rusiya isə hücumlarını davam etdirir və sülh danışıqları üçün irəli sürdüyü şərtləri dəyişməz saxlayır.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et