Bu gün:

Zelenski Putini müharibəni bitirməyə çağırıb


ABŞ prezidenti Trampın Rusiya prezidenti Putinlə müharibəyə son qoyması üçün son tarix 24 saatı tamamladığında, Ukrayna prezidenti Zelenski yeni bir bəyanatla çıxış edib. O, müharibəni dayandırmaq üçün Putini görüşə çağırıb. 

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün yaxın vaxtlarda keçirilə biləcəyinə işarə edib. Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşlərindən sonra: “Hər kəs müharibənin bitməsi ilə bağlı həmfikirdir”,-deyib. Ağ Ev rəsmiləri həmçinin Tramp və Putin arasında görüşün gələn həftə baş tuta biləcəyinə işarə ediblər.

Ukrayna prezidenti Zelenski də mühüm açıqlama verib. O, müharibəyə son qoymaq üçün Rusiya lideri Putinlə görüşə çağırıb. İndi bütün diqqətlər Rusiya prezidenti Putinin üzərindədir.


Mənbə: CNN 

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et