Dünyada ən çox sanksiyaya məruz qalan ölkə olmasına baxmayaraq, Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək üçün enerji sərvətlərindən istifadə etməyə davam edir.

ABŞ Prezidenti Donald Tramp isə bunu dəyişmək niyyətindədir. O bildirib ki, 8 avqustda qədər Ukrayna ilə atəşkəs əldə olunmasa, Rusiya ilə ticarət edən bütün ölkələri əhatə edəcək yeni və genişmiqyaslı əlavə gömrük rüsumları tətbiq ediləcək.
İkincil gömrük rüsumları Rusiya ilə ticarət edən istənilən ölkədən ABŞ-yə idxal edilən malların 100% vergi ilə üzləşməsi deməkdir.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
