Bu gün:

İngiltərə və Fransadan immiqrasiya addımları


Böyük Britaniya və Fransa qeyri-qanuni miqrantların Manş boğazını qayıqla keçməsinin qarşısını almaq üçün tarixi saziş imzalayıb. Müqaviləyə əsasən, Fransa Böyük Britaniyaya qeyri-qanuni yollarla gələn hər miqrant üçün bir miqrantı Böyük Britaniyaya geri göndərəcək. Bununla belə, razılaşma sərt tənqidlərə səbəb olub.

Fransa-Britaniya Miqrant Mübadiləsi Müqaviləsi qüvvəyə minib. Bu razılaşmanın məqsədi insan qaçaqmalçılarının qayıqla Manş boğazını keçməsinin qarşısını almaqdır.

Müqavilə iki ölkə arasında keçidlərin qarşısını almaq üçün “bir-bir prinsip”ə əsaslanır. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Key Starmer arasında imzalanan Miqrasiya Sazişi artıq qüvvədədir. Bu müqaviləyə əsasən, Fransa Böyük Britaniyaya keçən və Böyük Britaniya ilə qohumluq əlaqələrini sübut edə bilməyən sığınacaq axtaranları geri almağa razı olacaq. Fransa tərəfindən geri alınan hər bir miqrant üçün Böyük Britaniya Böyük Britaniya ilə qohumluq əlaqələrini sübut edə bilən fransız miqrantına sığınacaq verəcək.

İlin əvvəlindən bəri təxminən 26 000 miqrant Fransanın şimalından Böyük Britaniyaya Manş boğazını keçib. Hər iki ölkə sərhəd təhlükəsizliyini artırıb və hər yeni gələn üçün hərtərəfli təhlükəsizlik yoxlaması keçirəcək.

Miqrant yardım təşkilatları bu planın qaçqınların müdafiəsi üzrə beynəlxalq qanunları pozduğunu iddia edirlər.

"Amnesty İnternational" miqrantların geri qaytarılması ilə bağlı razılaşmanı da tənqid edib. "Amnesty" rəsmisi “qaçqınlara bir daha insan deyil, paket kimi baxıldığını” bildirərək müqaviləni insan hüquqları baxımından qeyri-etik və insan həyatı üçün sövdələşmə predmeti kimi tənqid edib.

Bu arada London ilk miqrantların saxlanılması üçün hazırlıqların tamamlandığını açıqlayıb. Müqavilənin yerlərdə necə işləyəcəyi yaxın günlərdə bəlli olacaq.


Mənbə: CNN türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et