İranın cənubunda yerləşən Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin episentri Kirman əyalətinin Zehkelut şəhəri olub. Yeraltı təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.
Zəlzələnin 28 kilometr dərinlikdə baş verdiyi bildirilib. Hadisə ilə bağlı hələlik insan tələfatı və ya digər itkilər barədə məlumat verilməyib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
