ABŞ baş prokuroru Pam Bondi, Donald Trampın siyasi rəqibləri tərəfindən qurulduğunu iddia etdiyi “Russiagate” işi üzrə böyük münsiflər məhkəməsinin işə başlamasına göstəriş verib. CBS News-un məlumatına görə, federal prokuror sübutları təqdim edəcək, lakin kimin hədəfdə olduğu və hansı ittihamların irəli sürüləcəyi hələ məlum deyil.

Ötən ay ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard keçmiş prezident Barak Obamanı Trampa qarşı “illərlə davam edən çevriliş” təşkil etməkdə ittiham edib. Demokratlar bu iddiaları rədd edib.
Fox News yazır ki, keçmiş CIA direktoru Con Brennan və keçmiş FBI direktoru Ceyms Komi də istintaq çərçivəsində araşdırılır, lakin ittihamları inkar edir.
Durhamın istintaq hesabatında 2016-cı il seçkilərində Rusiyanın sosial şəbəkələr və haker hücumları ilə müdaxilə etdiyi, lakin nəticəyə ciddi təsir göstərmədiyi qeyd olunub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
