BMT-nin Dünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib ki, Sudanın Qərbi Darfur bölgəsində yerləşən və artıq 16 aydır mühasirədə olan əl-Fəşir şəhərində insanlar aclıq təhlükəsi ilə üz-üzədir.

Təxminən 250 min sakini olan şəhərdə ərzaq tükənib, qiymətlər kəskin artıb. Yerli fəallar artıq aclıqdan ölüm hallarının baş verdiyini bildirir. Sakinlərin sağ qalmaq üçün heyvan yemi və qida tullantıları yeməyə məcbur qaldığı deyilir.
WFP bildirir ki, yüklü ərzaq karvanları hazırdır, lakin təhlükəsiz keçid təmin olunmadan yardımı çatdırmaq mümkün deyil. İyun ayında göndərilən karvan isə hücuma məruz qalıb.
2023-cü ilin aprelində başlayan Sudan vətəndaş müharibəsi nəticəsində ölkədə 150 mindən çox insan ölüb, 12 milyon nəfər evlərini tərk edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
