Bu gün:

Yəmən sahillərində miqrant qayığı aşıb: 55 ölü


Yəmənin cənubundakı Əbyen vilayəti sahillərində qeyri-qanuni miqrantları daşıyan bir qayığın aşması nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.Əbyenin Zinci̇bar rayonunun Səhiyyə Müdiri Əbdülqadir Bacmil bildirib ki, qayığın batması nəticəsində 55 nəfər ölüb və həyatını itirənlər arasında bir Yəmən vətəndaşı da var.

Bacmil əlavə edib ki, ölənlərin hamısı dəfn edilib, qayığın içində 100-dən çox etiopyalı qeyri-qanuni miqrant olub və onlarla insan hələ də itkin düşmüş sayılır. Axtarış işləri davam edir.

Təhlükəsizlik mənbələri, Yəmənin cənubundakı Əbyen sahillərində qeyri-qanuni miqrantları daşıyan bir qayığın aşdığını, 20 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bildirmişdi.

Yəmən, başda Efiopiya və Somali olmaqla Afrika Buynuzu ölkələrindən gələn qeyri-qanuni miqrantlar üçün əsas keçid nöqtəsi sayılır. Afrikalı miqrantların əksəriyyəti Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinə getmək arzusu ilə Cibuti üzərindən Yəmənə keçir.

Mənbə: TRT HABER

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et