Bu gün:

Yəmən sahillərində qayıq qəzasında 60-dan çox miqrant həyatını itirib


Bazar günü Yəmən sahillərində təxminən 150 nəfər daşıyan qayıq pis hava şəraitində batdıqda 60-dan çox miqrant həlak olub.

Gəmi Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində aşıb və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Yəmən nümayəndəsinin BBC-yə verdiyi məlumata görə, 68 cəsəd tapılıb. O bildirib ki, 12 nəfər xilas edilib, onlarla insan isə hələ də itkindir.

BMqT-nin məlumatına görə, qurbanların əksəriyyətinin Efiopiya vətəndaşları olduğu güman edilir və təşkilat bu hadisəni “ürəkağrıdıcı” adlandırıb.

Yəmən Afrika Buynuzundan Fars Körfəzi ölkələrinə işləmək məqsədilə gedən miqrantlar üçün əsas marşrut olaraq qalır. BMqT-nin qiymətləndirməsinə görə, son aylarda baş verən gəmi qəzasında yüzlərlə insan ölüb və ya itkin düşüb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et