Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) İsrail qüvvələrini Qəzzadakı qərargahına hücum etməkdə ittiham edib. Hücum nəticəsində bir işçi həlak olub, üç nəfər isə yaralanıb.

Humanitar təşkilat bildirib ki, hücum bazar günü səhərin erkən saatlarında binada yanğına səbəb olub. Cənubdakı Xan Yunis şəhərində yerləşən obyektə gecə vaxtı edilən hücumu “qəsdən” adlandıran Qızıl Aypara qeyd edib ki, qərargahın yeri İsrail ordusuna “yaxşı məlumdur” və bina “qoruyucu qırmızı nişanla aydın şəkildə işarələnib”.
İsrail Müdafiə Qüvvələri (IDF) BBC-nin ittihamla bağlı sorğusuna cavab olaraq bildirib ki, “nə artilleriya, nə də hava hücumları barədə məlumatları var”.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
