Həmas Qəzzada atəşkəslə bağlı danışıqlarda İsrailin əsas tələblərindən birinə cavab olaraq, suveren Fələstin dövləti qurulmadan silahı yerə qoymağa razı olmayacağını bir daha bəyan edib.
Fələstin silahlı qrupu bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffa aid etdiyi, Hamasın “silahını yerə qoymağa hazır olduğunu” bildirən şərhlərə cavab olaraq verib.
İsrail Həmasın tərksilah edilməsini münaqişəyə son qoyacaq hər hansı bir razılaşma üçün əsas şərtlərdən biri hesab edir.
İsrail və Həmas arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı dolayı danışıqlar isə ötən həftə dayanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
