Bu gün:

Rusiyada 7 bal gücündə zəlzələ baş verib


Rusiyaya məxsus Kuril adalarında 7 bal gücündə zəlzələ baş verib.

Rusiyada, Çərşənbə günü Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündəki zəlzələdən sonra bölgə yenidən silkələnib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, Rusiyaya bağlı Kuril adalarında 35 kilometr dərinlikdə 7 bal gücündə zəlzələ qeydə alınıb. USGS-nin açıqlamasında yeraltı təkanların yerli vaxtla saat 05:47-də başladığı bildirilib.

“Tsunami” xəbərdarlığı

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Kamçatka yarımadasına tsunami dalğalarının çata biləcəyi ehtimalını açıqlayıb.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et