Ukraynanın cənubundakı Mikolayiv şəhərində Rusiya raket hücumu nəticəsində evlər və mülki infrastruktur dağıdılıb. Yerli rəsmilərin məlumatına görə, hücumda azı üç mülki şəxs yaralanıb. Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti hadisə yerindən yanğınsöndürənlərin fotolarını paylaşıb.

Eyni zamanda, Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhəri yaxınlığında iri neft bazasında güclü yanğın başlayıb. Rusiya hakimiyyəti yanğını Ukraynanın PUA hücumu ilə əlaqələndirib. Adler rayonunda yerləşən hava limanı uçuşları dayandırıb.
Rusiya rəsmiləri bildiriblər ki, PUA qalıqları yanacaq çəninə düşüb və 127 yanğınsöndürən alovu söndürməyə çalışır. Həftəsonu Ukraynanın Ryazan, Penza və Voronej şəhərlərinə də PUA hücumları təşkil olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski son hücumlardan sonra Rusiyaya qarşı daha sərt beynəlxalq sanksiyalara çağırıb. Ukrayna rəsmilərinə görə, Kiyevə edilən son hücumlarda 300-dən çox PUA və səkkiz qanadlı raket buraxılıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
