Bu gün:

Suriyada məsələ təkcə təhlükəsizlik deyil


AK Partiya sözçüsü Ömər Çəlik canlı yayımda gündəmlə bağlı açıqlamalar verib. O, Suriyada təbii qaz boru xəttinin artıq fəaliyyətə başladığını bildirib, həmçinin CHP sədri Özgür Özəlin Fələstin məsələsinə dair mövqeyini tənqid edib. Çəlik deyib: “Özəlin sözlərini heç kim ciddiyə almır. Fələstinlilər, bütün Qəzzəlilər bu açıqlamaları İsrail təbliğatının bir hissəsi kimi görürlər". 

Ömər Çəlik əlavə edib ki, Suriya dövləti Türkiyədən təhlükəsizlik sahəsində dəstək istədikdə və bu mövzuda əməkdaşlığın artırılmasına dair yanaşma sərgilədikdə, Türkiyə bu çağırışa dərhal cavab verib.

Prezidentin göstərişlərinə əsasən, Milli Müdafiə Nazirliyi bu dəstəklə bağlı hazırlıqların tamamlandığını və prosesin tezliklə həyata keçiriləcəyini bildirib.

Mənbə: A xəbər

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et