ABŞ Prezidenti Donald Tramp keçmiş Rusiya prezidenti Dmitri Medvedevin “təxribatçı” açıqlamalarına cavab olaraq iki nüvə sualtı qayığının müvafiq regionlara yerləşdirilməsi barədə göstəriş verib.

Tramp bildirib ki, bu addım ABŞ xalqının təhlükəsizliyi üçün atılıb:
“Bir hədə səsləndirildi və biz buna səssiz qala bilməzdik. Xalqımızı qorumaq üçün ehtiyatlı olmaq məcburiyyətindəyik".
Medvedev son günlərdə Trampın Moskvaya ünvanladığı ultimatumlara cavab olaraq ABŞ-ni hədələyib. Tramp isə ona “sözlərinə fikir verməsi” barədə xəbərdarlıq edib.
Kreml hələlik məsələ ilə bağlı açıqlama verməyib, lakin Trampın bəyanatlarından sonra Moskva birjasında eniş qeydə alınıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
