Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ixracı 2025-ci ilin ilk yarısında təxminən 5,1 milyard dollar səviyyəsinə çataraq rekord həddə yüksəlib.

Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara əsasən, Türkiyənin türk respublikaları ilə ikitərəfli ticarət əlaqələri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Ticarət həcmi hər il artmaqda davam edir. Ötən ilin ilk altı ayında bu ölkələrə ixrac 4,98 milyard dollar təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 5,93 milyard dollara yüksəlib. Beləliklə, bu artım Türkiyənin türk dövlətlərinə ixracatında yeni rekord kimi qeydə alınıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səmayə Səftərova
