Bu gün:

Trampın nümayəndələri Qəzzaya daxil olublar


İsrailin ən böyük dəstəkçisi olan ABŞ administrasiyasının rəsmiləri döyüş bölgəsinə daxil olublar.

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və İsrail səfiri Mayk Hukabi yardımın paylanması yerlərini gəziblər. Hukabi istintaqla bağlı twitində "Həqiqəti öyrənmək üçün İsrail ordusundan brifinq aldıq və ictimaiyyət nümayəndələri ilə danışdıq" deyib.

BBC-nin məlumatına görə, Witkoff və Huckabee İsrail və ABŞ-nin dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondunun (GHF) Rəfah yaxınlığındakı mərkəzlərindən birinə baş çəkiblər.

Hukabinin səfər hesabından paylaşılan fotoşəkillərdən birində mübahisəli yardım paylama sistemini tərifləyən bir plakat yer alıb. Kadrda Witkoff yerli qadının əlini sıxır və fonda “Gündəlik paylanan 100 milyon yemək” yazılıb.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et