BBC Verify-nin məlumatına görə, sosial media şirkətləri Birləşmiş Krallığın yeni Onlayn Təhlükəsizlik Aktına uyğunlaşmaq üçün Ukrayna və Qəzza müharibələri ilə bağlı paylaşımlar da daxil olmaqla geniş məzmunu bloklayır.
Keçən cümə qüvvəyə minmiş yeni qanun sosial media şirkətləri və digər vebsaytlar üçün 18 yaşdan kiçikləri pornoqrafiya, özünə zərər verməyi təşviq edən paylaşımlar və digər zərərli məzmundan qorumadıqları təqdirdə cərimələr nəzərdə tutur. Ciddi hallarda xidmətlərin Birləşmiş Krallıqda bloklanması mümkündür.
Lakin BBC Verify aşkar edib ki, ictimai maraq kəsb edən bəzi məzmunlar, o cümlədən parlamentdə uşaq istismarı qrupları ilə bağlı debatlar X və Reddit platformalarında yaş yoxlama prosesini tamamlamayan istifadəçilər üçün məhdudlaşdırılıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, şirkətlər qanunu həddindən artıq tətbiq etməklə legitim ictimai müzakirəni boğmaq riski ilə üz-üzədir.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
