ABŞ Prezidenti Donald Trampın 2 aprel tarixində elan etdiyi yeni tariflər Cənub-Şərqi Asiya ölkələrində ciddi narahatlıq yaradıb. Elektronika, geyim və çip istehsalçıları yüksək rüsumlarla üzləşib.
Tayland üçün 36%-lik tarif tətbiq olunub, lakin danışıqlardan sonra bu rəqəm 19%-ə endirilib. Ölkə sazişi 1 avqust son tarixindən cəmi iki gün əvvəl əldə edə bilib.
Vyetnam tarifləri 46%-dən 20%-ə endirən ilk ölkə olub. Tramp bunun müqabilində ABŞ mallarına sıfır rüsum tətbiq olunacağını açıqlayıb, lakin Vyetnam hökuməti bunu təsdiqləməyib.
Taylandın gecikməsi daxili siyasi böhran, uyğurların Çinə geri göndərilməsi və ABŞ-nin kənd təsərrüfatı bazarına giriş tələbləri ilə bağlı çətinliklərdən qaynaqlanıb.
Mütəxəssislər bildiriblər ki, 20%-lik tarif hələ idarəolunandır, lakin trans-şipment ittihamları və qeyri-müəyyən qaydalar ölkə ixracatçılarını narahat edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
