Bu gün:

Effektiv İdarəetmə müzakirə olunub


24media.az Mərkəzi Bankın rəsmi səhifəsinə istinadən xəbər verir ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda işçi qrupunun cari il üzrə təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində I yarımillikdə görülmüş işlər barədə hesabatlar dinlənilib. Hesabatlarda büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin təbii resursların effektiv idarə edilməsi kimi məsələlər əhatə olunub.

İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələr zamanı təsdiq olunmuş fəaliyyət planının digər istiqamətlərində də işlərin davam etdirilməli olduğunu bildirib. O, görülmüş işlər barədə məlumatların daha effektiv kommunikasiyasının vacibliyini vurğulayıb və bu barədə iclas iştirakçıları ilə fikir mübadiləsi aparıb.


İlhamə Nurəhmədova

Paylaş
Şərh əlavə et