24media.az Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sosial şəbəkə hesabında paylaşımına əsasən, xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirib.
Görüş zamanı cari ilin birinci yarısı üzrə bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meylləri ətraflı şəkildə müzakirə olunub. Toplantıda iştirak edən tərəflər ölkədə bank sektorunun mövcud durumu və gələcək inkişaf imkanları barədə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər də diqqət mərkəzində olub.
Hazırladı: İlhamə Nurəhmədova
