Bu gün:

Gürcüstan nümayəndə heyəti DOST Mərkəzinin fəaliyyəti ilə tanış olub


Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının işğal olunmuş ərazilər üzrə Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti DOST Agentliyini ziyarət edib. Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən sosial xidmətlərlə tanış olublar.

24media.az DOST Agentliyinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyətinə DOST mərkəzlərində sosial xidmətlərin şəffaf və operativ formada göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi bildirilib. Eyni zamanda, DOST konsepsiyası çərçivəsində sosial sahələr üzrə 161 növ xidmətin “bir pəncərə” sistemi ilə təqdim olunduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində nümayəndə heyətinə DOST konsepsiyasına dair təqdimat təqdim olunub, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Görüşdə gələcəkdə sosial sahədə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Hazırladı: Dilbər Paşazadə 

Paylaş
Şərh əlavə et