Bu gün:

Qəzzada aclıq səbəbilə daha doqquz nəfərin öldüyü bildirilir


İsrailin ordu radiosu və media məlumatlarına görə, İsrail yaxın günlərdə xarici ölkələrin Qəzzaya havadan yardım atmasına icazə verəcəyini bildirib. Keçən il Birləşmiş Krallıq, ABŞ və İordaniya hərbi təyyarələrlə Qəzzaya yardım göndərib, lakin humanitar təşkilatlar bunun artmaqda olan ehtiyacları ödəmək üçün kifayət etmədiyini xəbərdarlıq ediblər.

Qəzzada HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi bildirir ki, son 24 saatda aclıqdan daha doqquz nəfər ölüb, bununla da aclıqdan ölənlərin ümumi sayı 122-yə çatıb.

Həmçinin Böyük Britaniyanın Baş naziri Keir Starmer Emmanuel Makronun Fələstin dövlətini tanıyacağına dair verdiyi vəddən Sonra bu gün Almaniya və Fransa liderləri ilə danışıqlar aparacaq. Jeremy Bowen və Lyse Doucet bu qərarın mənasını təhlil edirlər.

Eyni zamanda, HƏMAS-ın yüksək vəzifəli rəsmisi BBC-yə bildirib ki, Qəzza ilə bağlı atəşkəs danışıqları iflasa uğramayıb, halbuki ABŞ və İsrail öz danışıqlar heyətlərini Qətərdən geri çağırıblar. Vaşinqton HƏMAS-ı “səmimi davranmamaqda” ittiham edib.

Mənbə: BBC 

Tərcümə etdi: Asiman Vəliyeva



Paylaş
Şərh əlavə et