Bu gün:

"Kocaelispor"a Surinamlı sağ cinah müdafiəçisi


"Trendyol Süper Lig" komandalarından "Kocaelispor" 28 yaşlı Surinamlı sağ cinah müdafiəçisi Anfernee Jamal Dijksteel ilə ilkin razılaşma imzalandığını açıqlayıb.

"Trendyol Süper Lig"ə yenidən vəsiqə qazanan "Kocaelispor" 28 yaşlı sağ cinah müdafiəçisi Anfernee Jamal Dijksteel ilə ilkin razılaşmaya gəldiyini bildirib.

Klubun sosial media hesabında edilən paylaşımda futbolçu ilə klub arasında ilkin razılaşmanın tibbi müayinənin uğurla nəticələnməsi şərtilə bağlandığı qeyd olunub:
Futbolçu "Kocaelispor" Futbol A komandası və gənclər komandamızın səhiyyə sponsoru 'Atakent Cihan Xəstəxanası'nda tibbi müayinədən keçmək üçün şəhərimizə gələcək. Müayinələrin uğurla tamamlanması halında klubumuz və futbolçu arasında 2+1 illik müqavilə imzalanacaq".

"Dijksteel" son olaraq İngiltərənin "Middlesbrough" komandasında çıxış edib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et