İyulun 25-də Almatı vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopter planlı uçuş zamanı radarlardan itib.

AZƏRTAC-ın məlumatına əsasən, 24media.az bildirir ki, ilkin məlumatlara görə, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin qüvvə və vasitələri cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qazaxıstan Respublikası Müdafiə nazirinin xahişi ilə hadisənin bütün hallarını araşdırmaq və aydınlaşdırmaq üçün xüsusi komissiya hadisə yerinə göndərilib.
Səidə Abasova
