Bu gün:

Paramount və Skydance birləşməsi təsdiqlənib


ABŞ Federal Rabitə Komissiyası Paramount Global ilə Skydance Media arasında 8 milyard dollarlıq birləşməyə icazə verib. Qərarla CBS-in sahibi olan Paramount-un nəzarəti Skydance-ə keçəcək.

Skydance CBS-də dəyişikliklər edəcəyini, qərəzsiz jurnalistikaya sadiq qalacağını və müxtəliflik proqramlarını dayandıracağını öhdəsinə götürüb. FCC-nin sədri Brendan Carr bu addımı dəstəkləyib və dəyişikliklərin vaxtı çatdığını bildirib.

Paramount bu qərardan əvvəl ABŞ Prezidenti Donald Trampla bağlı hüquqi mübahisəni 16 milyon dollar ödəməklə bağlayıb. İddialara görə, CBS Trampın rəqibi Kamala Harris ilə müsahibəni qərəzli şəkildə təqdim edib. Razılaşmaya əsasən, vəsait Trampın prezident kitabxanasına yönəldiləcək.

Qeyd edək ki, Paramount “Xaç atası” və “Mission: Impossible” kimi məşhur filmlərlə tanınır. Birləşmə ilə şirkət Skydance-in nəzarətinə keçib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et