Bu gün:

Sezen Aksunun Süni İntellektlə hazırlanan klipi


Sezen Aksunun “Paşa Gönül Şarkıları” albomunda yer alan “Doğrucu” adlı mahnısının klipi süni intellekt texnologiyasından istifadə olunmaqla hazırlanıb. Ötən gün Google Türkiyə ofisində keçirilən təqdimatda rejissor Önər Biberkökü bu klipin yaradılma prosesi ilə bağlı bütün detalları bölüşüb.

9 il əvvəl səhnə fəaliyyətini dayandıran Sezen Aksu 2017-ci ildə yayımladığı “Biraz Pop Biraz Sezen” albomundan sonra ictimai həyatdan çəkilib. Onun 8 illik fasilədən sonra təqdim etdiyi yeni albomu “Paşa Gönül Şarkıları” 27 iyun saat 00:00-da dinləyicilərin ixtiyarına verilib.

Albomu təqdim olunduğu andan etibarən sosial media platformalarında böyük marağa səbəb olub və qısa müddətdə musiqi siyahılarının zirvəsinə yüksəlib.

Tənqidçilər tərəfindən “Sezen Aksunun sənət karyerasında bir mərhələ” kimi qiymətləndirilən bu albomdakı hər bir əsər onun Türkiyənin ən önəmli sənətkarlarından biri olduğunu bir daha təsdiqləyir.

Alboma dair diqqətçəkən məqamlardan biri də klipin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunmasıdır. Son illərdə bir çox məşhur sənətçinin istifadə etdiyi bu metod, Sezen Aksunun “Doğrucu” adlı mahnısının klipində də tətbiq edilib.

Rejissor Önər Biberkökünün rəhbərliyi ilə çəkilən klipdə Google-un "Gemini və Veo 3" texnologiyalarından istifadə olunub. Kadrlar sosial şəbəkələrdə geniş rezonans doğurub.

Google-un Türkiyə üzrə rəsmi X (əvvəlki Twitter) hesabı da Sezen Aksunun “Doğrucu” klipini paylaşaraq bu sözləri yazıb: “İndiyədək paylaşdığım ən təsirli tvit ola bilər. Sezen Aksunun 'Doğrucu' mahnısının klipi Gemini və Veo 3 ilə istehsal olunub.”

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et