Bu gün:

Qadınlar EuroCup-da qarşılaşmalar bəlli olub


Basketbolda "Qadınlar EuroCup"da yeni mövsüm püşkatması keçirilib. Ölkəmizi təmsil edən "Emlak Konut" E qrupunda, "Beşiktaş BOA" isə J qrupunda yer alıb. 

"Qadınlar EuroCup"da 2025-2026 mövsümünün qrupları və təsnifat mərhələsi qarşılaşmaları bəlli olub.

Türkiyədən "Emlak Konut" E qrupunda, "Beşiktaş" isə J qrupunda yer alıb. Normal mövsümdə iştirak edəcək komandalar 4 komandadan ibarət olmaqla 12 qrupa ayrılıb.

Bundan əlavə, qalan 5 boş kontingent üçün təsnifat qarşılaşmaları da müəyyənləşdirilib. Təsnifat oyunları ev-səfər prinsipi ilə 18 və 25 sentyabr tarixlərində keçiriləcək.

Qarşılaşmalarda qalib gələn komandalar qruplarda iştirak edəcək. 

Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et