Bu gün:

Suriyada kürdlərlə danışıqların dayanması ehtimalı Türkiyədəki prosesə təsir edə bilərmi?


Qurulması planlaşdırılan Parlament Komissiyasında İcra Qanunvericiliyində ediləcək dəyişikliklər cinayətə qarışmamış PKK üzvlərinin hüquqi statusu kimi qanuni tənzimləmələr müzakirə ediləcək.

Çox kritik bir mərhələ geridə qalsa da, indiyədək ciddi zərbə almadan irəliləyən prosesin uğurla tamamlanması üçün hələ də atılmalı olan addımlar var. Suriyada Əhməd Şara rəhbərliyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə yeni yaradılan orduya inteqrasiya olunmaları üçün mart ayında razılaşma imzalayıb. Razılaşma çərçivəsində aparılan danışıqlar iyul ayının əvvəlində razılaşma əldə edilmədən başa çatıb. Türkiyə SDQ-nin əsasını təşkil edən YPG-ni “PKK-nın qolu” olduğu səbəbilə “terror təşkilatı” kimi qəbul edir.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et