İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet, Baş nazir Binyamin Netanyahoya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən bir qadının həbs edildiyini açıqlayıb.
Məlumata görə, şübhəli şəxs əl işi partlayıcı vasitəsilə sui-qəsd törətməyi planlaşdırıb. KAN xəbər agentliyi bildirir ki, onun barəsində “cinayət törətmək məqsədilə sui-qəsd qurmaq” və “terror aktı hazırlamaq” maddələri ilə ittiham irəli sürüləcək.
Şin Bet rəsmiləri qadının iki həftə əvvəl saxlanıldığını və istintaq müddətində dövlət qurumlarına daxil olmaq və Baş nazirə yaxınlaşmamaq şərti ilə azadlığa buraxıldığını qeyd edib.
Digər tərəfdən, Netanyahu səhhəti ilə bağlı həkim nəzarətinə götürülüb. Xarab qida qəbul etməsi səbəbilə bağırsaq iltihabı keçirdiyi və gecə boyu özünü narahat hiss etdiyi bildirilir. Həkimlərin tövsiyəsi ilə Baş nazirin üç gün istirahət edəcəyi, hazırda vəziyyətinin yaxşı olduğu və damardan maye qəbul etdiyi açıqlanıb.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvir X platformasında yayımladığı paylaşımında Netanyahunun tezliklə sağalmasını arzulayaraq, “İsrail və təhlükəsizlik naminə gördüyümüz bütün yaxşı işləri davam etdirməyin üçün sənə ehtiyacımız var”, – deyə bildirib.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
