100-dən çox humanitar təşkilat xəbərdarlıq edir ki, Qəzzada “kütləvi aclıq” yayılmaqda davam edir və İsraili ərzağın bölgəyə daxil olmasına icazə verməməkdə ittiham edirlər.

Qəzzada HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi bildirir ki, son 24 saat ərzində 10 nəfər qidalanma çatışmazlığından ölüb.
İsrail – Qəzzaya gedən bütün sərhəd keçidlərini nəzarətdə saxlayan tərəf çərşənbə axşamı bildirib ki, “hazırda beynəlxalq təşkilatların alıb paylaması üçün Qəzzada 950 yük maşını dolusu yardım gözləyir”.
BBC-nin Qəzza zolağındakı müxbiri Ruşdi Əbu Əluf bildirir ki, yerli sakinlərdən biri gündəlik qida ehtiyacını yalnız mərcimək və bir çörəyi qarşılamaq üçün 600 şekel (təxminən 160 dollar) xərclədiyini deyib. Eyni zamanda İsrail quru və hava əməliyyatlarını davam etdirdiyini açıqlayıb. HƏMAS-ın idarə etdiyi Mülki Müdafiə Agentliyi bildirir ki, çərşənbə günü hava hücumlarında 17 nəfər ölüb.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
