24media.az AZƏRTAC-a istinadan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov 2026-cı ilə dair enerji daşıyıcılarının qiymətləri ilə bağlı proqnozları açıqlayıb.

Taleh Kazımov bildirib ki, 2026-cı ildə ixrac olunan min kubmetr qazın qiymətinin 290 dollar olacağı gözlənilir.
O, həmçinin qeyd edib ki, Mərkəzi Bank 2025-ci ilin sonuna neftin bir barelinin orta qiymətini 68,6 dollar səviyyəsində proqnozlaşdırır. 2026-cı il üçün isə bu rəqəm 64,6 dollar olacaq.
Hazırladı: İlhamə Nurəhmədova
